24.11.2012
tarixində Colourful Tour olaraq təşkil etdiyimiz “Qobustan turu” uğurla
yekunlaşdı. İştirakçılarımızı Azərbaycanın qədim tarixi ilə yaxından tanış etməyə
çalışdıq. Qobustanda yeni texnologiyalar və interaktiv monitorlarla hazırlanmış
müasir muzeylə tanış oldular. Qobustanın tarixi və geoloji inkişaf mərhələləri,
həmçinin arxeoloji qazıntılar zamanı aşkar olunmuş maddi-mədəniyyət nümunələri
haqqında geniş məlumat əldə etdilər. Bundan sonra isə Böyükdaş dağına gedərək
burada Qavaldaşını, Ana zağa və digər yaşayış məskənlərini gəzib, qədim
insanların yaşayış tərzini, onların çəkdiyi qayaüstü rəsmləri görmək imkanı əldə
etdilər.
Qobustan
tarixi abidəsini ziyarətdən geri dönərkən yolboyu iştirakçılarla yarışma
keçirildi. Yarışmanın qalibi Ruhanə Rəfiyeva oldu. Qalibimiz mükafatlandırıldı.
Комментариев нет:
Отправить комментарий