Şəki

                                     Tarixi

4 yanvar 1963-cü ildən respublika tabeli şəhərdir. 15 fevral 1968-ci ilə qədər "Nuxa" adlanmışdı. Şəki rayonunun inzibati mərkəzidir. Sovet dövründə respublika tebeliyində olan şəhər statusuna malik idi. Hal-hazırda da Şəki rayonu tərkibində deyil, birbaşa respublika tabeliyindədir. Amma Şəki şəhər icra hakimiyyəti başçısısının səlahiyyətləri həm də Şəki rayonuna şamildir. Prezident səviyyəsində imzalanmış bir rəsmi sənədə əsasən isə Şəki rayonunun ərazisi inzibati cəhətdən Şəki şəhərinin tərkibindədir.




Şəki şəhəri respublikanın şimal-qərbində, Kiş çayının sol sahilində, dəniz səviyyəsindən 700 metr yüksəklikdə, paytaxt Bakı şəhərindən 370 km aralıda, Böyük Qafqaz sıra dağlarının cənub ətəklərində, mərkəzi regionlardan uzaqda – təcrid olunmuş bir məkanda yerləşir. Şəhəri əhatə edən təbiət, meşələrlə örtülmüş dağlar öz gözəlliyi ilə insanı valeh edir. Xan yaylağının sildrım yollarıyla şimal tərəfdən şəhərə yaxınlaşacaq olursaq qarşımıza nəticəsində iki yarğanın əmələ gəldiyi iki böyük uçuruma- Çaqqaldar və Ottal uşurumlarına rast gələrik. Şəki şəhərinin qəribə quruluşu vardır. Şərqdən Qərbə axan Qurcanaçay çayı şəhəri iki hissəyə, daha yüksəkdə yerləşən Cənub, digəri isə vadidə yerləşən Şimal hissələrinə bölür.

Mənbələrin veriyi məlumata görə, vaxtilə indiki Şəki şəhərindən 10-15 km cənubda olmuş köhnə Şəki şəhərini Sasani hökmdarı I Qubad (488—531) tikdirmişdir. Sonradan Şəki Qafqaz Albaniyasının ən iri şəhərlərindən birinə çevrildi. Şərq kilsələrinin anası hesab olunan qədim Kiş Alban məbədi də məhz Şəki şəhəri yaxınlığında yerləşmişdi. Ərəb istilası ərəfəsində Qafqaz Albaniyasının 11 inzibati vilayətindən biri Şəki əyaləti idi. Ərəb işğalları nəticəsində Şəki əyaləti III əmirliyin tərkibinə daxil edildi. Xilafətin zəiflədiyi bir dövrdə Şəkidə müstəqil knyazlıq yarandı. XIV əsrin I yarısında Hülakilər dövləti iflasa uğradıqdan sonra Şirvanşahlar dövləti ilə yanaşı Şəki də müstəqillik qazandı və Orlat sülaləsi hakimiyyətə gəldi. 1551-ci ildə şah Təhmasib Şəkinin müstəqilliyinə son qoydu. Şəki Səfəvilər dövlətinə birləşdirildi. 1747-ci ildə yaranmış Şəki xanlığı Azərbaycan xanlıqları içərisində ən güclü feodal dövləti idi. 1805-ci il Kürəkçay müqaviləsinə əsasən Şəki xanlığı Rusiyadanvassal asılılığına düşdü. 1813-cü il Gülüstan sülh müqaviləsi ilə İran - başqa sözlə Qacariyyə dövləti, Şəki xanlığı ərazisinin Rusiya imperiyasına birləşdirilməsini rəsmən tanıdı. 1819-cu ildə Şəkidə xan üsul-idarəsi ləğv olundu. Xanlığın əvəzinə Şəki əyaləti yaradıldı. 1840-cı ildə Kaspi vilayətinin tərkibində Şəki qəzası yaradıldı. Qəza 1846-cı ildən Şamaxı quberniyasının tərkibinə daxil oldu və Nuxa qəzası adlandırıldı.
Ruslar Şəki xanlığını 1819-cu ildə ləğv etdikdən 5 il sonra sonra - 1824-cü ildə, onun keçmiş ərazisində, yəni Şəki əyalətində, əhalinin ilk siyahıyaalınmasını keçirdilər. Həmin siyahıyaalma nəticələrinə əsasən o vaxt Qışlaq və Çapağan kəndləri də inzibati cəhətdən Nuxa şəhərinin tərkibində idi və bu kəndlərlə birlikdə Nuxa şəhərinin əhalisi 13 min 351 nəfər idi.
Kaptalizmin inkişafı dövrandə şəhər inzibati cəhətdən məhəllələrə bölünürdü.
1920-ci il may ayının 5-də Şəkidə sovet hakimiyyəti quruldu. 1930-cu ildə Azərbaycan SSR-nin inzibati ərazi bölgüsündə dəyişiklik edildi və Nuxa rayonu təşkil edildi. 1963-cü il yanvar ayının 4-də Nuxa rayonu ləğv edilərək ərazisi Vartaşen (indiki Oğuz) rayonuna verildi, respublika tabeçiliyində Nuxa şəhəri yaradıldı. 1965-ci ildən yenidən müstəqil Nuxa rayonu təşkil edildi. 1968-ci ildən ərazi Şəki şəhəri adlanmağa başladı.
Azərbaycanın Şəki şəhərinin Dünyanın Tarixi Şəhərləri Liqasına üzv olması barədə 2008-ci il dekabrın 8-də təşkilatın prezidenti, Yaponiyanın Kyoto şəhər bələdiyyəsinin sədri Daisaku Kodokavadan gəlmiş təbrik məktubunda bildirilir ki, Dünyanın Tarixi Şəhərləri Liqasının İdarə Heyətinin 2008-ci ilin oktyabrında keçirilmiş iclasında Şəki təşkilata üzv qəbul edilmişdir.

                                Coğrafiyası
Hal-hazırkı şəhərin sahib olduğu mənzərəli görünüşü, relyef pozğunluğu şəhərin tikinliş və quruluş sisteminə öz təsirini göstərmişdir. Şəhərin sol və sağ hissələri arasında 450 m məsafə vardır. 18 ci əsrdə qurulmuş şəhər 19 cu əsrin ortalarına qədər qorunub saxlanmış, strukturunda heç bir dəyişikliklər edilməmişdir. Şəki yaşıllığa bürünmüş evlərlə əhatə olunub. Əslində isə Şəki şəhəri təbiətin bir hissəsi olub, burda yaradılan arxitektura əsərləri ilə bəzədilib. Bu yalnız möhtəşəm dağ mənzərəsiylə sərhədlənməyib, həm də təbiətlə uyğunluq təşkil edən planlaşdırmaya əsaslanır. Bundan əlavə hər bir ev öz bağı və dəmir hasarı ilə əhatələnmişdir. Şəki küçələri evlərin uyğun düzülüşüylə deyil əksinə özünə xas planlaşdırmaya əsasən qurulmuş və evləri bir bnirdən çəpər və hasarlar ayırır. Sakinlər feodal dövrünə xas, rayonlarda fəaliyyət göstərən ticarət obyektlərinə əsasən yerləşmiş, bu isə öz növbəsində Şəkinin planlaşdırılmasında öz əksini tapmışdı. O dövrdən qalma məhəllə, küçə adları indiyə qədər qorunub saxlanmaqdadır.





 Şəkinin planlaşdırılmasına təsir göstərən əsas amil isə ölkənin sahib olduğu relyef pozuntusu idi. Küçələrin istiqaməti Böyük Qafqaz silsilə dağlarının ətəyinə nisbətən istiqamətləndirilmiş və qurulmuşdu. Küçələrin bir çoxu şimaldakı yüksəkliyin relyefinə paralel olaraq düzəldilmişdi. Mərkəzi rayonun və əsas küçənin formalaşdırılmasında Gürcənçay və Dəyirman-arxı çaylarının istiqaməti nəzərə alınmışdır. Bu və şəhərin planlaşdırılmasına aid digər xüsusiyyətlər 1862 ci həyata keçirilmiş planın tərkibində görmək olar. Bu plana əsasən Şəki aşağıdakı kvartal və məhəllələrə bölünmüşdü: Çaqqal dərəsi, Giləli, Dəmirçi bulağı, Gəncəli, Sarı torpaq, Otaq eşi, Ağvanlar, Duluzlar, Dodu, Bağbanlar, Sərkarlar, Dabaqxana, Təzə kənd, Köhnə kənd.




Relyefin çox dağınıq olması burda süni suvarma kanalları sisteminin inkişafını əngəlləmişdir. İçməli su çaylardan götürülür. Şəkini içməli suyla Kiş çayı və Xıncalı-Baxlınnskiy hövzələri təmin edir. Təpəli və dağınıq relyefə sahib olan Şəki, şəhərin bir neçə ayrı hissəyə bölünməsinə və nəticə etibarıyla gözəl bir təbii mənzərənin yaranmasıyla nəticələnmişdir. Şəhərin sahib olduğu dağ mənzərəsi onu daha da cazibədar edir.

                             Tarixi abidələr
Memarlıq abidələrindən Şəki xan sarayı, Şəkixanovların evi, Giləkli məscidinin minarəsi, məscid, qala divarları, Dairəvi məbəd (XVII-XIX), Zəyzit məbədi (XI-XII), Kiş alban məbədi, Şəki Karvan sarayı mühafizə olunur.


Qədim şəhərin planlaşdırılmasının spesifik xüsusiyyətlərini ayırd etmək üçün şəhər küçələrinin ümumi konstruksiyası və Şəki arxitekturasının incələnməsi vacibdir. Azərbaycanın tədricən tikilən küçələrinə sahib digər orta əsr şəhərlərindən fərqli olaraq Şəkidə bu iş qısa bir müddətdə, həm də planlı bir şəkildə həyata keçirilmişdir. Şəkinin Gürcənçaya paralel olan əsas və ən uzun küçəsi tərkibində şəhərin ən mühüm arxitektura abidələrini özündə cəmləşdirir. Şəkinin bir çox küçələri tarixi və arxitektura abidələrinin mövcudluğu ilə diqqəti cəlb edir. Birinci yerdə əlbətdə, şübhəsiz ki, əsas küçə olan Şəki küçəsi durur. Bu küçələrdən günümüzdə fəaliyyət göstərən Xoyski, Əfqanlar, Ağamalı oğulları, Gəncəlilər, Kirov, Qoqol, Nurəddin, Nakam, Sovetskaya, Mehdi Hüseyn küçələrini misal göstərmək olar.
Qürcanaçay və Dəyirman-arxı çayları şəhərin su ehtiyaclarını ödəməsilə bərabər, həm də suvarmada istifadə olunurdu. Daha sonralar çayların birləşdiyi yerdə meydançası olan yeni mərkəz quruldu. Şəki şəhərinin bu ərazidə qurulma səbəblərindən ən vacibi Qurcanaçay faktorudur. Digər çay olan Dəyirman–arxı çayı isə şəhərin ikinci aparıcı vasitəsi kimi xidmət göstərməkdədir. Şəkinin sahib olduğu təbii gözəllik şəhərdə tikilmiş bütün tarixi abidələrdə öz əksini tapmışdır. Bütün bunlar Şəki arxitekturasının özəllikləridir. Demək olar ki, qədim şəhəri xatırladacaq heç bir arxitektura nümunəsi qalmayıb. Yalnız E.Çələbinin xatirələrində Şəki haqqında bəzi məlumat var. Onun sözlərinə əsaslanaraq, onda daşdan tikilmə Şəki qalası təpənin üstündə ucaldılmışdır. Qalanın Şirvan və Gəncə adlı iki darvazası var. Burda minlərlə ev, yeddi məscid, onların arasında Mirzə Əli məscidi bazar küçəsində yerləşməsiylə xüsusi diqqəti cəlb edir. Şəhərin həmçinin bir neçə karvansaray-mehmanxanası, hamamı və balaca bazarı vardır. Bu məlumata əsasən qalaynan sərhədlənməyən Şəki qala divarlarının xaricində ipək istehsalı ilə məşğul olan müəssisələr və tayı bərabəri olmayan ipək istehsalı ilə məşğul olan geniş bağlar mövcud idi. Şəhərin Çələbinin qeyd etdiyinə görə 3000 evdə 20.000-ə yaxın əhalisi mövcud idi.


Əsas küçələr yerli şəraitdən aslı olaraq bir az dar daha kiçik küçələrə, döngə və dalanlara bölünür.Qurulmuş plan, çay istiqamətində yönəlmiş əsas, aparıcı küçələrin rahat izlənilməsini təmin edir ki, bu da öz növbəsində əhalinin iqtisadi fəaliyyəti üçün zəruri olan amillərdən birini təşkil edir. Sənətkarlar rayonu da tədricən əsas ticarətin aparıldığı küçələrə yaxınlaşmışdır. Qeyd etmək lazımdır ki, orta əsrlərdə olan Şəki şəhəri öz əhatə etdiyi əraziyə görə yetərincə geniş bir şəhər olmuşdur.
Şəkinin planlaşdırılmasında rol oynayan əsas amillərdən biri təbiət faktorudur. Buna misal olaraq şəkinin su təchiztını qeyd edə bilərik. Artıq bildiyimiz kimi su yer altında olan gil borular vasitəsilə, həm də ki axına əsaslanan sistemə əsasən fəaliyyət göstərir. Bu isə öz nəvbəsində Şəki şəhərinin təbiətlə vəhdət təşkil etdiyinin bariz nümunəsidir. Şəkini digər şəhərlərdən ayıran bir digər xüsusiyyət isə onun nisbətən daha təmiz olmasıdır. Buna biz 19 cu əsrdə öz xatirələrində Şəkini təsvir edən A.P.Ziissermanın yazılarında rast gələ bilərik. Onun yazdığına görə gözəl təbii mənzərəyə sahib olan Şəki kiçik dağ çayının mənsəbində yerləşmiş, yaşıllıqların içinə qərq olmuş evlər, qoz, fındıq, tut ağaclarıyla dolu bağlardan ibarət idi. Şəkinin küçələri həmişə təmiz saxlanılır və hətta bunun üçün xüsusi adamlar da ayrılmışdı. Ümumilikdə isə Şəki sahib olduğu cazibədar təbii mənzərəsi, təmizliyi, sərin havası, axşamları gələn bül bül oxuması səsləriylə insan üzərində təsvir edilməz təsir buraxır.













Комментариев нет:

Отправить комментарий