Qəbələ


                                                                   Tarixi

       Paytaxtın VI əsrdə Partava (Bərdəyə) köçürülməsinə qədər Qafqaz Albaniyasının əsas şəhəri Qəbələ olmuşdur. Qəbələ Böyük Plinidə xatırlanan Kabalaka (Cabalaca) və Ptolomeydə adı çəkilən "Alban və Kavsi (Alazan və Samur) çayları arasındakı Xabala (Chabala) hesab olunur. Onun adı VII əsrdə Musa Kalankatlıda Kavalaka, "Erməni coğrafıyası"nda Kavaqak (Kavalak) və Ostani – Mərzpan kimi çəkilir. VIII əsrdə Gevond Kaqadan (Qala) – Ostani Mərzpanyandan (mərzbanların iqamətgahı) danışır ki, bu da Qəbələyə uyğun gəlir. 1959-cu ildən bu günədək möhtəşəm qala divarlarının xarabaları qalan Çuxur Qəbələ kəndinin (keçmiş Qutqaşen (indiki Qəbələ) rayonu) həndəvərində aparılan arxeoloji qazıntılar nəticəsində antik dövrə aid qədim Qəbələ şəhər yeri aşkara çıxarılmışdır.
      Qəbələnin xarabalıqları orta əsrlər şəhər yerindən 2 km cənub-şərqdə, Çuxur Qəbələ kəndinin yaxınlığında, Qafqaz dağlarının ətəklərində, Qaraçay və Covurluçay arasındakı geniş təpədədir. Hər tərəfdən qala divarları və bürclərlə əhatə olunmuş iki böyük hissədən – Səlbir və yerli əhalinin Govurqala adlandırdığı qaladan ibarətdir. Onlardan şərqdə, Covurluçayla, Qoçalançay arasındakı geniş düzənlikdə məbəd yeri nekropolu və tikinti qalıqları vardır. Qəbələnin ətrafı meşə və vadilərlə zəngindir. Şəhər onu əhatə edən dağ kəndləri ilə yaxşı müdafiə olunurdu.
      V əsrdə yepiskopun iqamətgahı Qəbələdə yerləşirdi. Musa Kalankatlı 488-ci ildə Aquen şəhərində çağırılmış məclisdə qəbul edilmiş kanonik qanunların altındakı imzalardan danışarkən hökmdar Vaçaqandan və Partav arxiyepiskopundan sonra qəbələ (Kapala) yepiskopu Manasenin imzasının durduğunu bildirir. Həmin müəllif VII əsrdə xalkedonit katolikos Nerseslə əlaqədar hadisələrdən bəhs edərkən ondan ayrılmış Kapalak yepiskopu İoannın adını çəkir. Məclis iştirakçılarının imzaları arasında da Albaniya katolikosundan sonra ikinci yerdə həmin Kapalak katolikosu İoannın imzası dururdu.
      1959-cu ildən müntəzəm qazıntı aparan Qəbələ arxeoloji ekspedisiyası şəhərin daha qədim və böyük hissəsini aşkara çıxardı və buranın e.ə. IV – b.e. I əsrlərinə aid olduğunu müəyyənləşdirdi. Müxtəlif tarixi hadisələrlə əlaqədar şəhər bir neçə dəfə dağıntılara məruz qalmışdır. Eramızdan əvvəl 60-cı illərdə Roma qoşunları Albaniyaya hücum etsələr də, Qəbələni işğal edə bilməmişlər. Sasanilər dövründə Qəbələ çox böyük ticarət və sənətkarlıq mərkəzi olmuşdur. Xilafət dövründə də Qəbələ ticarət və sənətkarlıq mərkəzi kimi əhəmiyyətini qoruyub saxlamışdır. XIII əsrdə monqolların hücumu zamanı Qəbələ tənəzzülə uğrasa da, sonralar yenidən dirçəlmişdir.
      XVIII əsrin ortalarında Qəbələ öz əvvəlki əzəmət və əhəmiyyətini itirmiş, əhali tədricən buradan köçmüşdür. Bu vaxt Qəbələ ərazisində kiçik feodal dövləti olan Qutqaşen sultanlığı yaradılmışdır. Qutqaşen sonralar mahal kimi Şəki xanlığının tərkibinə daxil olmuş, Şəki xanlarının təyin etdiyi naiblər tərəfindən idarə edilmişdir. Şəki xanlığının süqutundan sonra Qutqaşen mahal kimi Şəki qəzasının tərkibinə daxil olmuşdur. 8 sentyabr 1930-cu ildə Azərbaycan Respublkiasının İnzibati rayonlarından biri kimi Qutqaşen rayonu yaradılmışdır. Qəbələ ərazisi ,,4" yanvar 1963-cü ildə Ağdaş rayonunun tərkibinə qatılmış, 17 yanvar 1964-cü ildən yenidən ayrıldıqda inzibati rayona çevrilmişdir. Rayonun adı 7 fevral 1991-ci ilə qədər Qutqaşen, həmin tarixdən isə rayonun qədim adı bərpa edilərək Qəbələ adlandırılmışdır.


Coğrafi mövqeyi
Rayonun relyefi dağlıq olub şimal hissədə Baş Qafqazın Cənub yamacının yüksək dağlığından başlanmış mərkəzi hissədə Alazan-Həftəran (Qanıx-Əyriçay) vadisində, cənub hissəsi isə Acınohur ön dağlığının Qəbələ yaylasına, bu yaylanın cənud sərhəddi Surxayxan (Axar-baxar) silsiləsinin suayrıcına qədər olan oraqrafik vahidlər bir-birini əvəz edir.


Baş suayrıçaya daxil olan Saral, Çoban baba, Muçuq, Tufan və Ağbulaq şaxələri zəncirvari şəkildə rayonun ərazisini qərbdən-şərqə əhatə edir. 1. Saral şaxəsi – Raqdan yüksəkliyindən Filfilçay və Tikanlıçaya qədər uzanır. Bu şaxə dəniz səviyyəsindən 2000 M- dən (koşukar dağı) cənubdan 1000-ə qədər hündürlükdə dəyişir. 2. Rüstəmbaz şaxəsi – Salavat çayından iki qola ayrılaraq qərbə doğru Səfəryataq, şərqə isə Rüstəmbaz Salavat dağları (şaxələri) adlanır. 3. Muçuq şaxəsi -Salavat aşırımının (2896 m) cənubi-qərbindən başlayaraq Vəndamçayla Dəmiraparançay arasında yerləşir. 4. Ağbulaq şaxəsi – İsmayıllı rayonun Qaraburğu dağlarından Vəndamçayının şərq (sol) sahillərinə qədər olan ərazisini əhatə edir. Qəbələ rayonun Ərazisi geemorfoloji cəhətdən üç vilayətə bölünür: 1. Dağlıq –denitatsiyaya uğramış vilayət-şimal hissəni (1000-4466 metrədək) olan ərazili: 2. Düzənlik –akkumliyasiya nəticəsində formalaşmış vilayət-Alazan-Həftaran vadisi (450-800 m) burada yerləşir. 3. Yayla –çöl (step) vilayəti-Şəki-Qəbələ yaylasının Hacallı və Məlikli düzləri qeyd olunan vilayətə daxildir.

Qəbələnin müassir ərazisi təqribən 185 milyon il bundan əvvəl dəniz olmuş, Şərqi Avropa (şimaldan) və Ərəbistan (cənbubdan) platformalarının (iki materik tipli tavanın) toqquşması nəticəsində – Alp dağ əmələ gəlmə mərhələsində burada tədricən quru relyef formalaşaraq, 75-85 milyon il bundan əvvəl hazırki relyef formaları yaranmışdır. 10-12 milyon il bunbdan əvvələ baş vermiş sonuncu materik buzlaşması ərazinin relyefnin, xüsusən yeksək fağlıq hissənin formalaşmasında mühüm rol oynamışdır. Rayonun dağlıq hissəsi Mezazoy erasının Yura və təbaşir dövrünə aid şist, əhəng və qum daşlı suxurların kəskin parçalanması (xüsusi ilə Saralçay, Bumçay və Dəmniraparançayın vadiləri üçün) səciyyəvidir. Vəndam çayının dərəsində qum və sistlərlə yanaşı tufogen (vulkanik) suxurlarda yayılmışdır.
Rayonun ərazisinin cənub – Məlikli və Hacallı düzlərində, Əmilli, kilisə Əmirvan dağlıq tirələrinin (Köndələndağ) Cənub yamacı, Surxayxan dağlarının isə cənub tirələri denitatsiyon (aşınıb parçalanmış) relyef formaları, yarğan – qobu şəbəkəsinin inkişafı ilə seçilir. Alazan – Həftəran vadisində isə akkumiliyativ çöküntülər, çay vadilərində Gətirmə konusları, terraslar və s. Ekzogen mənşəli relyef formaları üstünlük təşgil edir.
Ümumiyyətlə Qəbələnin ərazisi yüksək dağlıq sahələrdən tutmuş dağarası vadilərə qədər, çay dərələri ilə parçalanmış sıldırımlı dərin dərələrdən hamar sətli yaylalara qədər bütün dağlıq relyef formaları bir-biri ilə növbələşir. Respublkiamızın daxilində Böyük Qafqazın ən yüksək zirvələri : Bazardüzü (4466 m) Tufandağ (4206 m), Bazaryurd (4126 m) və Yan silsilərdə yerləşən Şahdağ (4243 m) zirvələri məhz Qəbələnin Şimal sərhədlərində su ayrıcı da yerləşir. Qeyd edək ki, Azərbaycan ərazisində olan 6 km 2 dağ buzlaqları yalnız bu Zirvələrdə (Qapıcıq zirvəsindəki 0,15 km 2 buzlağı nəzərə almasaq) mövcuddur. Rayonun relyefində onun mərkəzi hissəsini qərbdən şərqə kəsib keçən – eni 18-20 km olan Alazan – Həftaran vadisi, bu vadiyə paralel, ondan cənubda yerləşən Əmilli, Gədik, kilisə, Qızlarqalası və Əmirvan ,,dağları köndələndağ ilə ayrılan, qədim Qəbələ elinin adını yaşadan Şəki – Qəbələ yaylası (Hacallı və Məlikli düzləri) başlıca yer tutur. Şəki yaylasının Şirvan düzübdən Surxayxan (Palantökən, Qaş) alçaq öndağ silsiləsi ayırır. Böyük Qafqaz textonik qalxması ilə Kür dağarası textonik çözməsinin sərhədləşdiyi zonada yerləşən Qəbələ rayonunun ərazisi seysmik cəhətdən fəal zona hesab edilir. 832 illik (1139–1981–ci illər) məlumata görə rayon ərazisində 1949-56-cı illərdə və 1981-ci ilin dekabr ayında dörd dəfə 3-5 bal gücündə zəlzələ hadisəsi qeydə alınmışdır. Mürəkkəb dağlıq relyef və Mezazoy – Kaynazoy eralarının müxtəlif gioloji dövürlərinə məxsus suxurlar Qəbələnin yeraltı təbii sərvətlərinin rəngarəngliyinə və zənbginliyinə səbəb olmuşdur.
Mineral sular:
Qəmərvan ("Çömçə bulaq") mineral bulağı – Qəmərvan kəndindən 5 km Şimalda, Bum çayın dərəsində, 1388 metr hündürlükdə səthə çıxan termal- mineral sudur. Təbii tempuratur 39,2 0 –dir. Kükürdlü və dəmirli birləşmələrlə zəngindir. 1965-1966-cı illərdə və 1973-1977-ci illərdə Sankt-Peterburq şəhərində xüsusi labaratoriyada Qəbələ rayonundakı ,,Qəmərvan" ,,Şonqar" və ,,Yengicə" mineral bulaqlarının suyundan götürlümış nümunələr kimyəvi analizdən keçirilmişdir. Analiz nəticəsində müəyyən edilmişdir ki, Qəmərvan suyunun tərkibində silisumlu birləşmələr 30-40 mq /l, kükürd 3-12 mq/l olub, ümumi minerallığı 1,52-1,79 q/l bərabərdir. Sutqalıq gücü 50 min litrə çatır. Suyunun kimyəvi və fiziki xassələrinə, müalicəvi əhəmiyyətinə görə Qəmərvan mineral bulağı Qərbi Avropada (Priney yaramadasında) məşhur olan Kuldur mineral   suyu ilə analoq təşgil edir.




Qəbələnd









Şəkillər











Комментариев нет:

Отправить комментарий