Azərbaycan



Azərbaycan və ya rəsmi Azərbaycan Respublikası — Cənubi Qafqazda dövlət, Xəzər dənizi hövzəsində yerləşir. Şimaldan Rusiya (Dağıstan), Gürcüstan, qərbdən Ermənistan, cənubdan İran və Türkiyə ilə həmsərhəddir. Azərbaycanın anklavı olan Naxçıvan Muxtar Respublikası Ermənistanla şimal-şərqdə, Türkiyə ilə qərbdən həmsərhəddir. Paytaxtı Bakı şəhəridir. Azərbaycan ərazisinin bir hissəsiErmənistan Respublikası tərəfindən işğal edilib.
1918-ci ilin 28 may günü müsəlman şərqində ilk parlamentli respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin yarandığı gündür. 30 avqust 1991-ci ildə SSRİ tərkibində müttəfiq respublika statusunda olan Azərbaycan Respublikasının Ali Soveti "Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpası haqqında" deklarasiya, 18 oktyabr 1991-ci il tarixində isə "Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında", Konstitusiya Aktı qəbul etdi. Bu tarix müasir Azərbaycan dövlətinin müstəqilliyinin bərpası günü sayılır.
Hazırda Azərbaycan qədim tarix və mədəniyyət irsinə malik dünyəvi və unitar dövlət olub, etnik azərbaycan çoxluğuna sahib ölkədir. Azərbaycan yeddi müstəqil türk dövlətindən biridir. Respublikanın 158 ölkə ilə diplomatik münasibəti vardır, 38 beynəlxalq təşkilatın üzvüdür.
Azərbaycan GUAM və Kimyəvi silahdan istifadə qadağası təşkilatlarının təsisçilərindən biridir. 1993-cü ilin sentyabrından Müstəqil Dövlətlər Birliyinin üzvüdür. 9 may 2006-cı ildə Azərbaycan BMT-nin yeni yaradılan insan haqları komitəsinə üzv seçilib. Səlahiyyətli nümayəndəlik 19 iyul 2006-cı ildən başlayıb. Azərbaycan həmçinin BMT, ATƏT, Avropa Şurası və NATO-nun sülh naminə tərəfdaşlıq proqramının üzvüdür. Bundan əlavə ölkə Birləşməyənlər Hərəkatı, Beynəlxalq Ticarət Təşkilatı və Beynəlxalq Elektrorabitə İttifaqında müşahidəçi statusuna malikdir.
BMT Baş Assambleyasında 24 oktyabr 2011-ci il seçkiləri zamanı Azərbaycan 155 səs toplayaraq 2012-2014-cü illər üçün BMT Təhlükəsizlik Şurasının 10 qeyri-daimi üzvündən biri seçilib.

Ərazisi

Azərbaycan Respublikasının ərazisi – 86,6 min km² (11,5% meşələr, 1,6% su hövzələri, 50,0% becərilən torpaqlar, o cümlədən 27,0% otlaqlar, 36,9% sair torpaqlar) təşkil edir.
Ölkə 39° 24', 41° 54' şimal en dairələri arasında və 44° 46', 50° 45' şərq uzunluğunda, paytaxt 

Bakı 40° paralel üzərində yerləşir. Sərhədlərinin ümumi uzunluğu 3489 kilometrdir. Bunun 825 

kilometri su sərhəddidir. Cənubdan İran-la 765 km, Türkiyə ilə 13 km (bəzi məlumatlarda 13 və

 ya 11 km.), şimaldan Rusiya ilə 391 km, şimali-qərbdən Gürcüstan ilə 471 km, qərbdən 

Ermənistan ilə 1027 km həmsərhəddir. Sahil xəttinin uzunluğu – 713 km, Bakıdan şimal 

qütbünə qədər olan məsafə 5550 km, ekvatora qədər olan məsafə isə 4440 km-dir. 

Azərbaycan Respublikası Cənubi Qafqazın şərq hissəsində, Xəzər dənizinin qərbi sahilində 

yerləşir.

Dəniz səviyyəsindən ən ucqar nöqtə Bazardüzü (4466 m.), ən aşağı nöqtə isə (-28 m.) Neftçala 

rayonu ərazisindədir. Orta yüksəklik 657 m-dir.





Təbii Quruluşu

Azərbaycan ərazisi düzənlik və dağlıq relyefə malik olub, mütləq yüksəkliyi 28 m-dən 

(Xəzərsahili düzənlik) 4466 m-əBazardüzü dağına qədərdir. Azərbaycan Respublikasının ovalıq

 və düzənlik relyefi Gəncə, Qazax, Qarabağ, Mil, Muğan, Şirvan, Salyan, Lənkəran, Samur-

Şabran, Arazyanı və Şərurdan ibarətdir. Azərbaycan Respublikasının ərazisi beş coğrafi 

vilayətə bölünür: onlardan dördü (Böyük Qafqaz, Kiçik Qafqaz, Naxçıvan MR, Lənkəran) dağlıq, 

biri isə (Kür-Araz və ya Mərkəzi Aran) ovalıqdır. Böyük Qafqazın Azərbaycan hissəsi 

hüdudunda iki əsas dağ silsiləsi – Baş Qafqaz (Bazardüzü dağı – 4466 m) və Yan silsilə 

(Şahdağ – 4243 m) uzanır. Dağlıq Şirvan, Qobustan və Abşeron yarımadası Cənub-şərqi 

Qafqazda yerləşir. Baş Qafqaz dağ silsiləsinin cənub yamacı ətəyi boyunca Qanıx-Əyriçay 

dağarası çökəkliyi, ondan cənuba isə geniş Ceyrançöl və Acınohur öndağlığı uzanır. Baş 

Qafqaz silsiləsi Bazardüzü dağından şərqə Azərbaycan ərazisi daxilində şimal-qərbdən 

(Tinovroso dağı) cənub-şərqə doğru uzanmaqla 4000 metrdən 1026 metrə qədər Kəmçi dağı 

alçalır. Azərbaycan və Dağıstan xalqları arasında tarixən gediş-gəliş, o cümlədən də ticarət 

əlaqələri Baş Qafqaz silsiləsinin Tinovroso (2800 m), Maçxalroso (2900 m), Malarasa (2865 

m), Qudurdağ (2500 m), Dindidağ (2992 m),Attaqay (2657 m), Ağbulaq (3200 m), Qərbi 

Salavat (2832 m), Nohurlar (3250 m), Qdım (2906 m), Fiy (3104 m) və bir çox başqa aşırımlar 

vasitəsilə saxlanılmışdır. Kiçik Qafqazın Azərbaycan hissəsində Şahdağ (Qara-arxac -2901 

m,Hinaldağ – 3367 m), Murovdağ Gamışdağ – 3724 m, Qarabağ (Böyük Kirs – 2725 m) sıra 

dağları və Qarabağ vulkanik yaylası (Böyük İşıqlı – 3552 m, Dəlidağ – 3616 m) relyefdə üstünlük 

təşkil edir. Naxçıvan MR ərazisində Dərələyəz(Küküdağ – 3120 m) və Zəngəzur sıra dağları 

(Qapıcıq dağı – 3904 m) uzanır. Hər iki sıra dağların qovuşağında Biçənək aşırımı (2346 m) 

yerləşir.

Lənkəran ovalığı cənub-qərbdə Talış sıra dağları ilə (Gömürgöy – 2493 m) sərhədlənir. Bu dağların ön hissəsi boyu Burovar silsiləsi (914 m), mərkəz hissəsi boyu isə Peştəsər (2200 m) sıra dağları uzanır.






Flora

XVIII-XIX əsrlərdə indiki Azərbaycan ərazisinin 35%-i meşə ilə örtülü olmuşdur. Hal-hazırda 

Azərbaycan meşələrinin ümumi sahəsi 1021 min hektardır. Bu da Azərbaycan ərazisinin 

11,8%-ni təşkil edir.


Ölkəmizin meşə ehtiyatının 49%-i Böyük Qafqaz regionunun, 34%-i Kiçik Qafqaz regionunun, 

15%-i Talış zonasının və 2%-i Aran zonasının (Naxçıvan MR ilə birlikdə) payına düşür. 

Azərbaycanda adambaşına 0,12 ha meşə sahəsi düşür. Hazırda 261 min hektar meşə fondu 

sahəsi Ermənistan tərəfindən işğal edilmişdir. Azərbaycan öz füsunkar gözəlliyi, zəngin təbii 

sərvətləri, al-əlvan florası və faunası ilə bütün dünyada şöhrət qazanmışdır. Burada 125 fəsiləyə 

və 930 cinsə daxil olan ali bitkilərin 4500 növü yayılmışdır. Bunlardan 48 fəsiləyə, 135 cinsə 

mənsub olan 450 növ ağac və kollar Respublikamızın meşələrində bitir. Bu isə Resublika 

florasındakı bitki növlərinin 11-ni təşkil edir. Azərbaycan dendroflorasının tərkibində 70 regional 

endem növə təsadüf edilir. Bu da ümumi ağac və kol bitki növlərinin 16%-i deməkdir.





 Fauna

Azərbaycanın fauna və florası çox zəngin olsa da bəzi növlərin təbiətdən silinmə təhlükəsi var. 

Beləki bəbirlərin sayı Azərbaycanda sürətlə azalmış və yox olmaq təhlükəsindədir. Son 

tədqiqatlar göstərmişdir ki, Azərbaycanda onların yalnız 10-13 fərdi qalmışdır. Bunun əsas 

səbəbi vəhşi cütdırnaqlı heyvanların sayının azalması olmuşdur. Bəbirləri gözəl qiymətli 

dərilərinə görə də ovlayırlar. Vəhşi Təbiəti Ümumdünya Mühafizə Fondunun (WWF) 

Azərbaycan nümayəndəliyi xəbər verir ki, ilk dəfə olaraq Azərbaycan ərazisində təbii şəraitdə 

bəbirin fotoşəkilini çəkmək mümkün olub.
Vaşaqa Azərbaycanda əsasən NaxçıvanDağlıq QarabağQuba-XaçmazŞəki-Zaqatala və Lənkəran-Astara zonalarında rast gəlinir. Azərbaycanda çox nadir hallarda Zolaqlı kaftara Bozdağın ətəklərində, Göyçay, Ağdaş, Ağdam, Yevlax, Naxçıvan Muxtar Respublikası ərazilərində təsadüf olunur. XIX əsrin ortalarında Azərbaycanda ceyran səhralarda, düzənliklərdə geniş yayılmış növ hesab edilirdi. Zaqafqaziya dəmir yolu çəkilən dövrədək Tbilisidən Bakıya qədər yayılmışdır. Daha çox ceyrana Qarabağ və Muğan düzlərində təsadüf edilirdi. Bizim əsrin 50-ci illərində ceyranın arealı və sayı faciəli surətdə azalmışdır. Hazırda qorunmayan yerlərdə onlara təsadüf edilmir. Hazırda əsas yayıldığı ərazilər Şirvan və Abşeron Milli Parkı, Bəndovan və Korçay Dövlət Təbiət Yasaqlıqlarında (8000 fərddən çox) hesab olunur.
Xəzər suitisi (Phoca caspica) Xəzər dənizində məskunlaşan yeganə dəniz məməlisidir. O, Xəzər dənizinin endemik növü olmaqla, dünyada suitilərin ən xırda növü sayılır (yaşama müddəti – 50 il). 1987-ci ildə aparılan hesablamara görə Xəzər suitisinin populyasiyalarının ümumi sayı 360-400 min baş təşkil edir (Krılov, 1989), Xəzər dənizi su bioresursları üzrə Komissiyanın 2005-ci ildə apardığı hesablamara görə isə onların sayı 375 min başdır. 1996-cı ildə Beynəlxalq Təbiətin və Təbii Sərvətlərin Mühafizəsi Birliyi (IUCN) Xəzər suitilərinin vəziyyəti barədə müzakirə aparmış və Xəzər dənizinin getdikcə çirklənməsini və suitilərin məskəni olan sahil zolağının daralmasını nəzərə alaraq, bu növün statusunu “zəif” növ kimi IUCN qırmızı kitabına daxil etmişdir.

Azərbaycanda məskunlaşmış quş növlərindən 20-yə qədərinin adı (qıvrımlələk qutan, çəhrayı 

qutan, qara leylək, mərmər cürə, dəniz qartalı, məzar qartalı, berkut, turac, dovdaq, bəzgək, 

sultan toyuğu, ərsindimdik, qızılqaz, qırmızıdöş qaz, fısıldayan qu, kiçik qu, çöçükburun cüllüt, 

ağquyruq çökükburun, çöl haçaquyruq cüllütü) Azərbaycan Respublikasının «Qırmızı Kitab»ına 

daxil edilmişdir.
Çöl qartalı Azərbaycanda sayı azalan nadir, köçəri növdür. Köçmə zamanı Xəzərin sahilində və respublikanın başqa aran rayonlarında təsadüf edilir. Toğlugötürən nəsli kəsilmək üzrə olan, oturaq növdür. Azərbaycanın Böyük və Kiçik Qafqaz və Talış dağları ərazilərində areallaşmışdır.
Dovdaq nadir, qışlayan quş növüdür. Əvvəllər Qızılağac qoruğunda, Acınohur, Muğan və Şirvan çöllərində rast gəlinirdi. Hazırda Kür-Araz ovalığının çöl rayonlarında müşahidə edilir.
Çəhrayı qutannadir, sayı azalmaqda olan qışlayan növdür. Keçmişdə Azərbaycan ovalıqlarının su hövzələrində geniş yayılmışdır. Ancaq görünür ki, indi olduğu kimi keçmişdə də yuvalamırdılar. Qış mövsümündə Xəzərdə və böyük su hövzələrində, o cümlədən iri su anbarlarında (Mingəçevir, Naxçıvan və s.) rast gəlinir. 1993-1996-cı illərdə Dövlət Ekologiya Komitəsinin apardığı inventarizasiyanın nəticələrinə əsasən 500-550 fərd qeydə alınmışdır. Qızılqaz nadir, sayı azalmaqda olan, qışlayan və köçəri növdür.
Xəzərdə və bütün iri daxili su hövzələrində qışlayır. Ən stabil qışlama yerləri – Böyük Qızılağac körfəziAbşeron yarımadasının Şıx sahilləri, Dəvəçi limanı, Şirvan qoruğuKürün deltasından cənubda, AğgölSarısu və Kür-Araz düzənliyinin digər iri gölləri. Nadir hallar istisna olmaqla Azərbaycanda yuvalamır. 1955-ci ildə 13 cüt Salyan rayonundaAğ-çala gölündə yuvalayıb. 1982-ci ildə Qızılağac körfəzində kütləvi yuvalaması müşahidə edilmişdir.
Nərəağ balıqçəkisiyənəkkütümziyadforel, Azərbaycanın su hövzələrində rast gəlinən əsas balıq nəvlərinə aidirlər.


Комментариев нет:

Отправить комментарий