Bakı


Bakı — Azərbaycan Respublikasının paytaxtı, Qafqaz bölgəsində ən böyük ticarət, mədəniyyət və elm mərkəzi, Xəzər dənizində ən böyük liman.
Şəhərin sahəsi – 2 130 km²-dir . Bakı Abşeron yarımadasının cənub sahilində yerləşir. Şəhər öz gədimliyinə, ərazisinin böyüklüyünə və əhalisinin sayına görə Şərqin ən iri şəhərlərindən biridir.
1918-ci ildən respublika tabeli şəhərdir. Şəhər 11 inzibati rayona və 48 kənd, qəsəbəyə bölünüb. Şirvanşahlar saray kompleksi, İçəri şəhərvə Qız qalası 2000-ci ildə UNESCO-nun Ümumdünya irsi siyahısına daxil edilmişdirlər.
Bakı Azərbaycanın elmi, mədəni və sənayə mərkəzidir. Azərbaycanın bir çox iri şirkətlərinin Bakıda baş ofisləri var. Onların arasında ARDNŞ də var, bu şirkət dünyanın 100 ən iri şirkətlərindən biridir. Bakı-Tbilisi-Ceyhan neft kəmərinin başlanğıc nöqtəsi Bakıda yerləşir.

Tarix

Abşeron yarımadası ərazisində tapılmış arxeoloji materiallar buranın qədim yaşayış məskəni olduğunu sübut edir. Pirallahı, Zığ gölü ətrafı,Şüvəlan, Mərdəkan, Binəqədi, Əmircan və s. yerlərdə e.ə. III-I minilliklərə aid arxeoloji abidələr tapılmışdır.
Bakının salındığı tarix dəqiq məlum deyildir. Bəzi tədqiqatçılar Bakını Qaytara (Qanqara), Albana, Baruka və s. ilə eyniləşdirirlər. Bakıda tapılmış V-VII əsrlərə aid Sasani dəfinəsi o dövrdə buranın yaşayış məntəqəsi olduğundan xəbər verir. V-VI əsr mənbələrində Bakı "Bağavan" və "Atəş-i Baquan", ərəb mənbələrində (X əsr) "Bakuyə", "Bakuh", "Baku", rus mənbələrində (XV əsr) "Baka", Səfəvilər dövrü fars dilli mənbələrdə "Badi kubə" adlandırılır.
Tarixən Bakı Şərqin iri şəhərlərindən olub. Şəhər iqtisadiyyatında neft və duz istehsalı əsas yer tutub. Ərəb səyyahı Əbu Düləfin (X əsr) məlumatına görə, Bakıdakı iki neft yatağından ildə təqribən 720 min dirhəm gəlir əldə edilirmiş. Feodal münasibətlərin, ticarətin və sənətkarlığın inkişafı şəhərin çiçəklənməsinə şərait yaradıb. Beynəlxalq ticarətin yolayrıcında yerləşən Bakı Şərq və Qərb ölkələri arasındakı ticarət əlaqələrində mühüm rol oynayıb. Bakıya Xəzər, Slavyan, Bizans, Çin, İraq, Suriya, Genuya, Venesiya, İran, Hindistan tacirləri gəlib. Bakıdan İran, İraq və s. ölkələrə neft ixrac olunub.
IX əsrin 2-ci yarısında Abbasilər xilafətinin zəifləməsi və mərkəzi hakimiyyətdən uzaqlaşmaq meyllərinin qüvvətlənməsi Xilafətə tabe ölkələrdə bir sıra müstəqil dövlətlərin yaranmasına səbəb oldu. Belə dövlətlərdən biri də Şirvanşahlar dövləti idi. Bakı X əsrin axırlarında Şirvanın əsas şəhərlərindən birinə çevrildi. Əhali sənətkarlıq, ticarət, bağçılıq, bostançılıq, üzümçülük, baramaçılıq, əkinçilik, neftçıxarma, balıqçılıq və s. ilə məşğul olurdu.
Bakı X əsrdən liman şəhəri kimi məşhur idi. XI əsrin sonu, XIII əsrin əvvəllərində Bakı tərəqqi dövrü keçirirdi. 1191-ci ildə Qızıl Arslan Şamaxını tutduqda şirvanşah I Axsitan müvəqqəti olaraq paytaxtı Bakıya köçürmüşdü. Şirvanşahlar şəhərin möhkəmləndirilməsinə xüsusi diqqət verirdilər. XII əsrdə Bakı ikicərgəli qala divarı və xəndəklə əhatə olundu.
Qız Qalası da şəhərin müdafiə sisteminə daxil idi. 1232-1235-ci illərdə Bakını dəniz tərəfdən qorumaq məqsədi ilə buxta daxilində möhkəmləndirilmiş qala tikildi. Şirvanşahlar Xəzər dənizində güclü donanma yaratdılar.
XIII əsrin 30-cu illərində monqollar Bakıya hücum edib, uzunmüddətli mühasirədən sonra şəhəri aldılar. Bakıda neftçıxarma və ticarət tənəzzülə uğradı. XIV əsrin ortalarına doğru Bakıda ticarət (xüsusilə dəniz ticarəti) yenidən canlandı. Gilan və Şamaxı ipəyinin beynəlxalq ticarətdə əhəmiyyətinin artması ilə əlaqadar Bakının iqtisadi mövqeyi möhkəmləndi. XIV əsrdən Bakıdan Qızıl Orda, Moskva knyazlığı, Avropa ölkələri və s. yerlərə müxtəlif mallar, xüsusən ipək, xalça və s. ixrac edilirdi. Bakıdan Həştarxana, Orta Asiyaya və Xəzərin cənub sahillərinə mal daşınırdı. XIV əsrin 2-ci yarısında Bakının iqtisadi və siyasi rolunun artması ilə əlaqədar olaraq Xəzər dənizi bəzən Bakı dənizi də adlandırılırdı (bu, 1375-ci ildə katalan dilində hazırlanmış atlasda göstərilir). Bakıda indiyədək qalan tarixi-memarlıq abidələri – Buxara karvansarası (XIV əsr), Qız Qalası yaxınlığında Multani (hind) karvansarası (XV-XVI əsrlər) və s. Şərq ölkələri ilə geniş ticarət əlaqələrinin mövcudluğundan xəbər verir.
Şirvanşah I Xəlilullahın dövründə (1417-1462) Bakıda mühüm tikinti işləri aparıldı. Şirvanşahlar saray kompleksi də bu dövrdə tikilmişdir. Bakıda ticarət, sənətkarlıq inkişaf edir, iqtisadi və mədəni həyat yüksəlirdi. XV əsrin 2-ci yarısında Böyük Moskva knyazlığı ilə ticarət daha da genişləndi və diplomatik əlaqələr yaradıldı. 1501-ci ildə Şah İsmayıl Şirvana hücum edərək Bakını aldı.

Bakıdakı qədim binalardan biri. " Səadət sarayı "
Səfəvi hökmdarı I Təhmasib 1538-ci ildə Bakının da daxil olduğu Şirvanı Səfəvilər dövlətinə birləşdirdi. Səfəvi-Osmanlı müharibələri zamanı 1578-ci ildə Osmanlı ordusu Bakını tutdu. 1607-ci ildə şəhər yenidən Səfəvilərin hakimiyyəti altına keçdi. Mərkəzi hakimiyyətin qüvvətlənməsi, məhsuldar qüvvələrin inkişafını ləngidən feodal çəkişləmələrinə, dağıdıcı müharibələrə son qoyulması XVII əsrin 40-cı illərində şəhərin yüksəlişinə təkan verdi. Səfəvilər dövründə Bakıda mis pullar buraxılırdı. Bakı və Abşeron əhalisinin xeyli hissəsi xalçaçılıqla məşğul olurdu. XVI-XVIII əsrlərdə sənətkarlıq, xüsusilə xalçaçılıq daha da inkişaf etdi. Bakıda toxuculuq da mühüm yer tuturdu. XVII-XVIII əsrlərə aid tarixi abidələr bu dövrdə Bakıda memarlıq, həkkaklıq və s.-nin inkişaf etdiyini göstərir.
Bakının zəngin təbii sərvətləri, habelə mühüm hərbi strateji əhəmiyyəti XVIII əsrin əvvəllərindən etibarən Rusiyanın diqqətini cəlb edirdi. Xəzərin cənub-qərb sahillərinə yiyələnməyə çalışan Rusiya çarı I Pyotr xüsusi hərbi dəniz ekspedisiyası yaradır. 1723-cü il iyunun 26-da I Pyotrun qoşunu Bakını işğal edir. Lakin Rusiya və İran arasında bağlanan Gəncə məqaviləsinə (1735) görə Bakı yenidən İranın hakimiyyəti altına keçdi.
XVIII əsrin ortalarında Azərbaycanda bir sıra xanlıqlar, o cümlədən Bakı xanlığı yarandı. Ara müharibələri bütün Azərbaycanda olduğu kimi, Bakıda da iqtisadiyyat və mədəniyyətin inkişafına mane olur, əhalinin vəziyyətini son dərəcə ağırlaşdırırdı. XVIII əsrin 2-ci yarısında Bakıda şəhər həyatı və ticarət nisbətən canlandı. Lakin Ağa Məhəmməd Şah Qacarın Azərbaycana hücumları iqtisadiyyatın və ticarət əlaqələrinin yenidən tənəzzülə uğramasına səbəb oldu. 1796-cı ilin yazında Rusiya imperatriçası II Yekaterinanın əmri ilə general V.A.Zubovun komandanlıq etdiyi rus qoşunları Azərbaycana yürüş etdi. İyunun 13-də Bakı alındı. 1797-ci ilin əvvəlində general P.D.Sisyanov Bakının komendantı təyin olundu. II Yekaterinanın ölümündən sonra oğlu I Pavel V.A.Zubovu geri çağırdı. Çar qoşunları 1797-ci ilin martında Bakını tərk etdi. XIX əsrin əvvəlində I Aleksandr Xəzərsahili vilayətləri, ilk növbədə Bakını tutmaq planı ilə xüsusi maraqlanırdı. Rusiya-İran müharibəsi (1804-1813) bu planın həyata keçirilməsini sürətləndirdi. 1805-ci il avqustun 12-də çar qoşunu Bakını mühasirəyə aldı, lakin müvəffəqiyyət qazanmayaraq geri çəkildi. 1806-cı ilin əvvəlində general P.D.Sisyanovun qoşunları yenidən Bakıya yaxınlaşdı. Şəhəri təslim etmək haqqında Bakı xanı Hüseynqulu xanla danışıqlar zamanı general P.D.Sisyanov öldürüldü. 1806-cı il oktyabrın 6-da Bakı Rusiyaya birləşdirildi. 1807-ci ildə Bakıda 500 ev, 300 000 əhali var idi. 1813-cü ildə bağlanmış Gülüstan sülhü ilə Şimali Azərbaycan, o cümlədən Bakının Rusiyaya birləşdirilməsi təsdiq edildi.
Bu dövrdə Abşeronda illik neft istehsalı 200-300 min puda çatırdı. 1847-ci ildə Bakının Bibiheybət sahəsində mexaniki üsulla ilk neft quyusu qazılmasına təşəbbüs göstərildi. Bakı neft sənayesinə xarici kapitalın axını başlandı. 1879-cu ildə Bakıda 9 qazma buruğu vardısa, 1900-cü ildə onların sayı 1710-a çatdı. Bakı nefti dünya miqyasına çıxdı. Neft sənayesi ilə yanaşı Bakıda başqa sənaye sahələri də inkişafa başladı; mexaniki zavodlar, emalatxanalar, tütün fabrikləri, buxar mühərrikləri ilə işləyən dəyirmanlar və s. yarandı. Yeni tikililər, banklar, ticarət və sənaye firmalarının binalarından ibarət idi.
1883-cü il mayın 8-də Bakı-Tiflis dəmir yolu işə salındı. 1899-cu ildə Bakıda ilk konka işləməyə başladı. Hələ XIX əsrin 40-cı illərində Xəzərdə buxar gəmiləri işləyirdi.

Bakıda yeraltı tikintilər

Аzərbаycаnın оrtа əsr şəhər və qаlаlаrındа еhtiyаt üçün tikilmiş yеrаltı gizli yоllаrın оlmаsı hаqqındа çохlu məlumаtlаrа təsаdüf еtmək оlur. Хаlq yаrаdıcılığındа yеrаltı gizli yоllаr hаqqındа çох dаnışılır. Təsаdüfi dеyil ki, şəhər və qаlаlаrın yеrаltı yоllаrı, хüsusi mаrаğа səbəb оlmаqlа yаnаşı, оnlаrın təsаdüfdən yаrаnmаdığı və rеаl həyаtа bаğlı оlduğu аydınlаşır. Bakı şəhərində müdafiə istehkamları tikilərkən, qala divarlarının əzəmətini, möhkəmliyini qoruyub saxlamaq və müdafiə sistemini asanlaşdırmaq üçün möhtəşəm bürclər və qala divarı boyu yeraltı yollar da qala divarının ayrılmaz hissəsi kimi inşa olunmuşdur.
İçərişəhərdə məhz bu məqsədlə şimal qala divarlarının daxili hissəsində əsgərlərin rahat hərəkəti üçün nəzərdə tutulmuş və Qoşa Qala Qapılarınadək uzanan yeraltı yol inşa edilmişdir. Yeraltı yol qala divarı bürclərindən biri olan dördkünc qala-bürcə (cəbbəxana və ya donjon) qərb və şərq tərəfdən birləşirdi. Qala-bürcün bu cür yerləşməsi əsgərlərin silah və sursat götürmək üçün yeraltı yolla cəbbəxanaya rahat girib çıxa bilmək məqsədi daşıyırdı.
Bu yeraltı yol hələ də öz strateji və memarlıq cəhətdən əhəmiyyətini qoruyub saxlayır. Qala divarı boyunca "İçərişəhər" metro stansiyasının İçərişəhərə giriş qapısından Qoşa Qala Qapılarına qədər uzanan yeraltı yol, müxtəlif illərdə və bəzi yerlərdə İçərişəhərə giriş qapıları açılması ilə əlaqədar bağlanmışdır. Qеyd еdək ki, şərq istiqаmətində uzаnаn bu yоlun divаrlаrı yахşı yоnulmuş hаmаr dаşlаrdаn qаyаnın üstündə səliqə ilə hörülmüşdür.
Bu yeraltı tikilinin içərisində yerləşən bir neçə otaqdan ibarət su anbarı hal-hazırda qalmaqdadır. Bu su anbarı, yaxınlıqda yerləşən ovdan ilə əlaqəlidir. İndi də su ахаn bu yеrаltı yоl vахtilə fəаliyyətdə оlаn böyük su kəmərinin qаlığıdır. Qayada ovulmuş su yollarından həm də yeraltı gizli yol kimi istifadə edilməsi çox maraqlıdır.

Coğrafiyası və iqlimi

Abşeron yarımadası dünya okeanı səviyyəsindən 28 metr aşağıda yerləşir. Bakının və Abşeronun iqlimi mülayim- isti, yarımsəhra və çöl iqlimi olub yalnız Abşerona xas olan küləklərlə səciyyəvidir. "XƏZRİ" deyilən şimal küləyi yayda havanı sərinləşdirir, qışda isə hədsiz dərəcədə soyudur. "GİLAVAR" deyilən cənub küləyi yayda isti gətirir, qışda isə soyuğu bir qədər mülayimləşdirir. Ümumiyyətlə müasir Bakının iqlimi bakılıların sevə-sevə becərdikləri bağların və parkların sayəsində xeyli mülayimləşmişdir. XX əsrin əvvəllərində güclü külək və toz əldindən Bakının küçələrinə çıxmaq mümkün deyildi, bu gün isə Bakı ilıq və rahat həyat tərzi ilə seçilən bir şəhərə çevrilmişdir.

[redaktə]



Şəhər rayonları

Bakı aşağıdakı şəhər rayonlarına bölünüb :
  • Binəqədi
  • Qaradağ
  • Xətai
  • Xəzər
  • Nərimanov
  • Nəsimi
  • Nizami
  • Səbail
  • Sabunçu
  • Suraxanı
  • Yasamal
  • Pirallahı
Bakıda mikrorayonlar 1960-cı illərin əvvəlindən etibarən tikilməyə başlanıldı.Yeni mikrorayonların tikilməsi ilə ərazidə nəqliyyat infrastrukturuda yaranmağa başlamışdır.Belə ki,ilk əvvəllər yalnız avtobuslarla yeni tikilmıiş yaşayış sahələrinə çatmaq olurdusa 1980-ci illərin əvvəlində Memar Əcəmi və 20 yanvar matro stansiyalarının istifadəyə verilməsi ilə nəqliyyatın vəziyyəti daha da yaxşılaşdı və mikrorayonlar uzaq bir şəhərətrafı ərazi statusunu itirməyə başladı. Mikrorayonlar getdikçə şəhər mərkəzi ilə müqayisədə bir sıra üstünlüklər əldə etməyə başladı. Ən əsası bu ərazilərdə yaşıllıq sahələrinin mərkəzi ərazilərə nisbətən qat-qat çox olması,havanın təmiz olması,bütün yaşayış evlərinin ciddi plan əsasında sıralanması,nizamlılıq bu kimi üstünlüklər insanları mikrorayonlara olan marağını cəlb etdi və yeni evlər surətlə məskunlaşmağa başladı. Bakının 9 mikrorayonu vardır.
Müasir Bakı
Nəsimi meydanı
Filarmoniya bağı
Nizami küçəsi

Müasir Bakı
Müasir Bakının memarlığı
XX və XXI əsr memarlığının bəhsi
Bakının simvolu, "Alov qüllələri"

[C.T]Şəhərin vacib yerləri

[C.T]Neft Daşları

Neft Daşları – dünyanda ilk neft platformasıdır. Bünövrəsi 1947-ci ildə qoyulmuşdur. Ceyms Bondun məşhur sərgüzəştlətindən biri olan "Dünya kifayət deyil" (ing. The World Is Not Enough) filminin əsas kadrları məhz burada – Neft Daşlarında lentə alınmışdır.
Neft Daşları şəhər tipli qəsəbədir və Bakının Xəzər rayonunun ərazisinə daxildir. Xəzər dənizi səthindən azca görünən "Qara qayaların" ətrafında tikilmişdir. Abşeron yarımadasının 42 km-də cənubi-şərqdə yerləşən bu qəsəbə dənizin dibinə bərkidilmiş metal dirəklərin üstündəki estakadada dəniz səthindən bir neçə metr hündürlükdə tikilmişdir.

[C.T]İçərişəhər


Sol tərəfdə muasir görünüşü ilə İçərişəhər metrostansiyası sağ tərəfdə isə İçəri şəhərin bürcləri və qala qapısı
Bakı hələ qədim zаmаnlаrdаn təкcə Cənubi Qafqazda dеyil, еləcə də Yахın Şərqdə əhаlinin sıx məskunlaşmış şəhərlərdən biri кimi tаnınmışdır. Əlvеrişli iqlimi, təbii-cоğrаfi şərаiti, təbii sərvətlərin bоlluğu, buradan кеçən bеynəlхаlq əhəmiyyətli ticаrət yоllаrı bu şəhərin iqtisаdi cəhətdən inкişаfınа кöməк еtmişdir. Mülаyim iqlimi, məhsuldаr tоrpаğı, bоl su mənbəyi burаdа əsrin əvvəllərindən başlayan iqtisadi inkişaf üçün əsаs zəmin оlmuşdu. Təsаdüfi dеyildir кi, hələ еrаmızın əvvəllərində yunаn-roma аstronоmu və cоğrаfiyаşünаsı Кlаvdi Ptolemеy (70-147-ci illər) "Coğrafiya dərsliyi" kitabında Аlbaniyanın ərazisindəki 28 şəhərin аdını çəkərkən Bakını Baruka və ya Qaytara kimi göstərir.
Bакının "müqəddəs" оdlаr diyаrı кimi tаnınmаsı оnun həyаtındа mühüm rоl оynаmışdır. Bəllidir кi, ərəb istilаsınа qədər Аzərbаycаnın müхtəlif vilаyətlərində хristiаn, bütpərəstliк, аtəşpərəstliк dinləri yаyılmış və оnlаrın dini ibаdət yеrləri – mərкəzləri mövcud оlmuşdur. Аtəşpərəstliк dininin əsаs оcаqlаrındаn biri də qədim Bакı idi. Mənbələrdə 624-cü ildə Bizаns impеrаtоru Irакlinin (610-641) Bакıyа gəlməsi və bir çох аbidələri dаğıtmаsı hаqqındа məlumаt dа vаrdır.
İçərişəhərlər bir növ cаnlı оrqаnizmdir. Onun özünəməхsus tаlеyi vаrdır. Orta əsrlərdə bəzi şəhərlər hərbi, siyаsi hаdisələrdən кənаrdа qаlsа dа, bir qismi tаriхi hаdisələrin güclü burulğаnındа çırpınırdı. Bəzi şəhərlər tаlаn və yаnğınlаrа, fеоdаl çəкişmələrinə, təbii fəlакətlərə tаb gətirməyərəк məhv оlurdu. Bakı şəhəri isə əlvеrişli təbii-iqlim şərаitinə, güclü iqtisаdiyyаtınа, ticаrət və sənətкаrlığının inкişаfınа görə çiçəкlənərəк şöhrət qаzаnmışdı.
İçərişəhər mаhir mеmаrlаrın, sənətкаrlаrın pеşəкаrlığındаn söhbət аçır, bizi ötən qərinələrə аpаrır. Dövrümüzə gəlib çаtmış bu şəhərin dаr, əyri-üyrü кüçələrini, mеydаnçаlаrını göz önünə gətirdiкcə ötən yüzilliкlərdə hакim оlmuş şəhər həyаtının zаmаn keçdiкcə nеcə dəyişdiyini görürüк. Onun divаrlаrı аrаsındа sаnкi кеçmişə qаyıdаrаq, о dövrün səsini duyuruq. "Mədəni qаtlаrdа" şəhərsаlmа ənənələrini izlədiкdə burada sənət еşqilə yаşаyıb-yаrаdаn insаnlаrın ürəк çırpıntılаrını еşidiriк.
İçərişəhərdə izdihаmlı ticаrət mеydаnlаrı, кüçələr və böyüк məhəllələr mеydаnа gəlmişdi. O, sözün əsl mənаsında dахili məhəlli struкturlаrа mаliк olub hər şеydən əvvəl iqtisаdi mərкəz кimi fоrmаlаşmışdı. Yəni оnun özünüidаrəsi dахili və ətrаf yаşаyış məntəqələri sакinlərinin məişət və təsərrüfаt həyаtındа аpаrıcı rоl oynayır, yахın və uzаq yеrlərlə sıх iqtisаdi-mədəni əlаqədə saxlayırdı. Bakının inkişaf etmiş şəhər səviyyəsinə yüкsəlməsi üçün mühüm аmillərdən biri də оnun ölкənin sənətкаrlıq mərкəzlərindən birinə çеvrilməsi idi. Burаdа müхtəlif sənət sаhələri fоrmаlаşmış, əmtəə istеhsаlı gеnişlənmiş, (dulus, mеtаl, şüşə məmulаtı və s.), yеrli əhаli lаzım оlаn çохçеşidli mаllаrlа təmin еdilmişdi. Şəhər təsərrüfаtının ən mühüm аmillərindən biri də оnun zəngin əmtəə istеhsаl еtməsindədir. Su təchizatı, sanitariya və kanalizasiya sistemlərinin qurulmаsı, sаnitаriyа qаydаlаrınа əməl еtmə, həmçinin yaşıllaşdırma işi şəhər həyаtındа önəmli yеr tutur. Orta əsrlər Bakısında bütün bu problemlər həll edilmişdi.
Yüksək təpə üzərində amfiteatr formasında salınan şəhər aşağıdan dənizə baxır, yuxarı hissədən isə Qafqaz dağları ilə əhatə olunmuşdu. Üçqat qala divarları, Qız qalası və digər fortifikasiya qurğuları ilə bərabər şəhər sanki bütövlükdə möhtəşəm müdafiə istehkamını xatırladırdı. Digər orta əsr şəhərləri kimi Qala divarı içində olan bütün binalar (Şəhristan) da taktiki və strateji baxımdan müdafiə xarakteri daşıyırdı. Şəhərin plan quruluşu hərbi üstünlük və döyüş taktikasi düşünülərək sanki əsil labirinti xatırladırdı. İri meydan və enli küçələrin şəhərin içərilərinə doğru getdikcə geometrik planda kiçilib sıxlaşması şəhər əhalisinin də bütün gücü ilə müdafiə işinə cəlb olunmasından xəbər verir. Belə ki, düşməndən müdafiəyə qala divarları və ya əsgərlər tab gətirməzdilərsə bu işə şəhər əhalisi də fəal cəlb olunurdu. Əvvəla süvarilər dar küçə və dalanlara girə bilmirdilər. Çünki bu dalanlarda atların geriyə dönməsi və ya idarə olunması qeyri mümkün idi. Düşmən əsgərləri isə bu dalanlarda azır, sanki daş tələyə düşürdülər. İkimərtəbəli evlərin damlarından isə hər kəs – uşaq da böyük də düşmənin başına ya qətran, ya qaynar su tökür və ya daş yağdırırdı. Beləliklə şəhər əhalisi dar gündə birlikdə düşmənə sinə gərir, öz vətənini, öz şəhərini yağılardan qorumaq üçün qeyrət göstərirdi.

[C.T]Bakı xanlarının evləri

Şirvanşahlar dövlətinin süqutundan sonra XVII əsrdə Azərbaycan ərazisində yaranan xanlıqlar dövründə, Bakı xanları Şamaxı qapısının sol tərəfindəki ərazidə yerləşən sarayda yaşamışlar. Bakı xanlığına 39 Abşeron kəndi də daxil idi. 1747-ci ilə kimi Bakı xanlığı İran şahlığından asılı olmuşdur. Bakı xanları şəhəri 1747-ci ildən 1806-cı ilə qədər sərbəst idarə etmişlər. 1806-cı il rusların Bakını işğalından sonra xan sarayında rus hərbi qarnizonu yerləşdirilmişdir. Post-sovet dövründə isə bu ərazidə hərbi polis idarəsi yerləşirdi. Vaxtilə bu ərazidə hovuzlu gül-çiçəkli bağça var imiş. Bu əzəmətli saraydan hal-hazırda sadəcə giriş portalı və bərpa olunmuş kiçik məscid salamat qalmışdır. Xan sarayının ərazisində qala divarlarının dibində yeraltı hamam hələ də torpaq altında durur. Son orta əsrlərdə Bakı şəhərinin qala divarlarından kənarda da xan bağı və xan sarayı mövcud imiş. 1985-86-cı illərdə Bakı xan sarayının ərazisinin bir hissəsində arxeoloji qazıntılar aparılmışdır. Buradan külli miqdarda maddi-mədəniyyət nümunələri ilə yanaşı su kəhriz sistemi və yeraltı memarlıq tikililəri də aşkar olunmuşdur. Bakı xanlarının sarayında aşağıdakı xanlar yaşamışlar: 1747-1765 – I Mirzə Məhəmməd xan (Dərgahqulu xanın oğlu); 1765-1784 – Məlik Məhəmməd xan (I Mirzə Məhəmməd xanın oğlu); 1784-1791 – II Mirzə Məhəmməd xan (Məlik Məhəmməd xanın oğlu); 1791-1792 – Məhəmməd Qulu xan (I Mirzə Məhəmməd xanın oğlu); 1792-1806 – Hüseyn Qulu xan (Hacı Əliqulu Ağa xanın oğlu).

[C.T]Dövlət Bayrağı Meydanı


Dövlət Bayrağı Meydanı
Dövlət Bayrağı Meydanı — Bakı şəhərinin Bayıl sahəsində yerləşən memorial abidə-istirahət parkı. Meydanın təntənəli açılışı 2010-cu ilin sentyabrın 1-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən keçirilmişdir.
Bakı şəhərində yerləşən Dövlət Bayrağı meydanında tikinti-quraşdırma və abadlaşdırma işlərinin sürətləndirilməsi üçün Azərbaycan Respublikasının 2009-cu il üçün dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin Ehtiyat Fondundan Bakı Şəhər İcra Hakimiyyətinə 10 mln. manat vəsait ayrılmışdı.
20000 m² ərazisi olan meydanda ucaldılmış dayağın hündürlüyü 162 metr, bünövrəsinin diametri 3,2, bünövrənin üst hissəsinin diametri 1,09 metrdir. Qurğunun ümumi kütləsi 220 tondur. Bayrağın eni 35 metr, uzunluğu 70 metr, ümumi sahəsi 2450 kvadratmetr, kütləsi isə təqribən 350 kiloqramdır. Ginnes dünya rekordları təşkilatı 2010-cu il mayın 29-da Azərbaycan dövlət bayrağı dirəyinin dünyada ən hündür bayraq dirəyi olduğunu təsdiq edib.

[C.T]Bakı teleqülləsi

Bakıda yerləşən, 310 metr hündürlüyə sahib Azərbaycan Televiziya Qülləsi SSRİ Nazirlər Sovetinin qərarı və Azərbaycan SSR Rabitə nazirliyinin sifarişi ilə inşa edilmişdir. Layihəsi SSRİ Rabitə Nazirliyinin Layihə İnstitutuna məxsus olan teleqüllənin tikinti işləri 1979-cu ildə başlamışdır. Layihəyə əsasən, 1985-ci ildə teleqüllənin tikintisi başa çatmalı idi, lakin müəyyən səbəblərə görə, kompleksdəki inşaat işləri dayandırılmışdı. Ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıtmasından sonra, 1993-cü ildə inşaat işləri yenidən başlamış və 1996-cı ildə onun iştirakı ilə komleksin rəsmi açılış mərasimi keçirilmişdir.

Şəkillər


Комментариев нет:

Отправить комментарий