вторник, 27 ноября 2012 г.

16.11.2012 tarixində Qobustan turu.


16 noyabr tarixində Colourful Tour olaraq məktəblilər üçün Qobustan tarix muzeyinə gəzinti təşkil etdik.
Gəzintidə məktəblilərə Qobustan abidələrinin kəşfi tarixindən, aşkar olunmuş qayaüstü rəsmlər barəsində qısa xarakterli məlumatlar verilib.
Daha sonra uşaqlar Qobustan ərazisinin geoloji inkişaf mərhələləri ilə tanış olub, burada qədim dövrdə mövcud olmuş təbiət, flora və fauna haqda, həmçinin qayaüstü rəsmlərin həkk edilmə tarixi barədə biliklərə yiyələniblər.
Sonda məktəblilər Böyükdaş dağına çıxaraq Qaval daşı , mağaralar və yaşayış məskənləri ilə də yaxından tanış olublar.














воскресенье, 25 ноября 2012 г.

24.11.2012 tarixli Qobustan turumuz


                24.11.2012 tarixində Colourful Tour olaraq təşkil etdiyimiz “Qobustan turu” uğurla yekunlaşdı. İştirakçılarımızı Azərbaycanın qədim tarixi ilə yaxından tanış etməyə çalışdıq. Qobustanda yeni texnologiyalar və interaktiv monitorlarla hazırlanmış müasir muzeylə tanış oldular. Qobustanın tarixi və geoloji inkişaf mərhələləri, həmçinin arxeoloji qazıntılar zamanı aşkar olunmuş maddi-mədəniyyət nümunələri haqqında geniş məlumat əldə etdilər. Bundan sonra isə Böyükdaş dağına gedərək burada Qavaldaşını, Ana zağa və digər yaşayış məskənlərini gəzib, qədim insanların yaşayış tərzini, onların çəkdiyi qayaüstü rəsmləri görmək imkanı əldə etdilər.
                Qobustan tarixi abidəsini ziyarətdən geri dönərkən yolboyu iştirakçılarla yarışma keçirildi. Yarışmanın qalibi Ruhanə Rəfiyeva oldu. Qalibimiz mükafatlandırıldı.