суббота, 15 декабря 2012 г.

09.12.2012 Qobustan Turu

09.12.2012 tarixində Hacı Zeynalabdin Tağıyev qəsəbəsi 6 saylı tam orta məktəbin şagirdləri üçün Qobustan Milli Tarix-Bədii Qoruğuna gəzinti təşkil olundu. İştirakçılarımızı Azərbaycanın qədim tarixi ilə yaxından tanış etməyə çalışdıq. Qobustanda yeni texnologiyalar və interaktiv monitorlarla hazırlanmış müasir muzeylə tanış oldular. Qobustanın tarixi və geoloji inkişaf mərhələləri, həmçinin arxeoloji qazıntılar zamanı aşkar olunmuş maddi-mədəniyyət nümunələri haqqında geniş məlumat əldə etdilər. Bundan sonra isə Böyükdaş dağına gedərək burada Qavaldaşını, Ana zağa və digər yaşayış məskənlərini gəzib, qədim insanların yaşayış tərzini, onların çəkdiyi qayaüstü rəsmləri görmək imkanı əldə etdilər.